525.Az

Çin "Yaogan-34" peyklərini orbitə buraxıb


 

Çin "Yaogan-34" peyklərini orbitə buraxıb<b style="color:red"></b>

Çin kosmosa uzaqdan zondlama ilə "Yaogan" sinifli Yer müşahidə peykləri göndərib.

525.az xəbər verir ki, Qobi səhrasındakı Ciuçuen Peyk Mərkəzindən "Long March 4C" raketi ilə "Yaogan-34" tipli üç peyk kosmosa buraxılıb. Orbitə buraxıldıqdan sonra peyklər planlaşdırılmış orbital mövqelərinə eniblər. Peyklər, torpaq ehtiyatları və məhsulun monitorinqi, şəhərsalma və fəlakətlərin qarşısının alınması işlərində istifadə olunacaq. Buraxılış "Long March" raketləri ilə həyata keçirilən 450-ci uğurlu nəqliyyat missiyası idi.

Qeyd edək ki, "Yaogan-34" peyklərinin birinci qrupu 30 aprel 2021-ci ildə, ikinci qrupu isə martın 17-də orbitə buraxılmışdı.

Məhəmməd Tağıyev

 





16.11.2022    çap et  çap et