525.Az

Nəzarətdən çıxan "Tesla" 2 nəfərin ölümünə səbəb olub


 

Nəzarətdən çıxan  "Tesla" 2 nəfərin ölümünə səbəb olub<b style="color:red"></b>

Çində nəzarətdən çıxan "Tesla" insanlara dəhşətli anlar yaşadıb. 2 nəfərin həyatını itirdiyi, 3 nəfərin isə  yaralandığı qəzada, avtomobil divara dəyərək dayana bilib.

525.az xəbər verir ki, Çində avtomatik idarəetmə sistemi olan "Tesla" qəfildən sürücünün idarəetməsindən çıxıb və sürücü heçnə edə bilməyib. Maşın getdikcə sürətlənib. Bir velosipedçi qəzadan xəsarətsiz xilas olub. Avtomobil velosipedi aşıraraq yoluna davam edib. Yol sıx olduğu üçün qarşısına çıxan hər kəsə çırpılıb. Nəhayət mağazanın divarına çırpılaraq dayanıb. Qəza nəticəsində bir motosikletçi və bir orta məktəbli qız ölüb, daha üç nəfər isə yaralanıb. ABŞ-ın avtomobil istehsalçısı "Tesla" avtomobilin əyləc sisteminin işləməməsi ilə bağlı məlumatı təkzib edib. Şirkət hadisə zamanı sürücünün əyləci basmadığını və qeydlərdə avtomobilin əyləc işıqlarının yanmadığını iddia edib.

Qeyd edək ki, oktyabrın sonunda ABŞ-da avtomatik idarəetmə sistemləri olan avtomobillərin iştirakı ilə baş verən qəzalar nəticəsində 5 ayda 11 nəfər həyatını itirib.

Məhəmməd Tağıyev

 





16.11.2022    çap et  çap et