525.Az

BƏƏ Prezidenti enerji bazarlarında öhdəliklərinə sadiq qaldıqlarını deyib


 

BƏƏ Prezidenti enerji bazarlarında öhdəliklərinə sadiq qaldıqlarını deyib<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Mohammed bin Zayed Al Nahyan ölkəsinin qlobal enerji bazarlarında məsuliyyətə sadiqliyini vurğulayıb.

525.az xəbər verir ki, İndoneziyanın Bali adasında keçirilən G20 Liderlər Zirvə toplantısındakı çıxışında Bin Zayed BƏƏ-nin enerji bazarlarına qarşı məsuliyyət roluna diqqət çəkib. Ölkəsinin təmiz enerji sektorunda səylərini vurğulayan Bin Zayed BƏƏ enerji bazarlarında öz məsuliyyətli roluna sadiq qaldıqlarını qeyd edib. BƏƏ-nin üzərinə götürdüyü rola uyğun olaraq dünyanın 40-dan çox ölkəsində təmiz enerji sahəsinə 50 milyard dollar sərmayə qoyduqlarını deyən Bin Zayid, balanslaşdırılmış üsula sadiq qalaraq davamlı müvəffəqiyyətin əldə ediləcəyinə inandıqlarını dilə gətirib.

Bin Zayed Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə əməkdaşlıq edərək, az inkişaf etmiş ölkələrin davamlı enerjiyə çevrilməsini sürətləndirmək üçün təşəbbüsə başladıqlarını bildirib. Qida təhlükəsizliyinə toxunan Bin Zayed ölkəsinin qida və dərman tədarükü zəncirlərinin davamlılığını təmin etmək üçün bütün gücü ilə çalışacağını deyib.

Məhəmməd Tağıyev

 





16.11.2022    çap et  çap et