525.Az

30 ilin “525”i - Aynurə Muradzadə yazır


 

30 ilin “525”i - <b style="color:red"> Aynurə Muradzadə yazır</b>

Aynurə MURADZADƏ
 

“525-ci qəzet”. Uzun illərdən bəri yaradıcı gənclərin ərklə üz tutduğu, onlarla təcrübə mənbəyi olan nəşr, peşəkar insanların cəmləşdiyi kollektiv, nəhayət, 1992-ci ilin başına gələn əlamətdar hadisə. 1992-ci il noyabrın 17-dən nəşrə başlayan qəzetdə mütəmadi olaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni mövzularla bağlı materiallar, elm və sənət adamlarının əsərləri işıq üzü görür.

Ağac, kağız və qəzet. Bu üç məfhum bir-biri ilə sintez təşkil edir. Ağac, doğrudan da, biz insanları öz meyvələri ilə həmişə mükafatlandırıb. Məlumdur ki, təsviri sənətə aid olan, qravüranın bir növü olan “ksiloqrafiya” nümunələrinin də yaranması məhz ağacla bağlıdır. “Ksilo” ağac deməkdir. Yəni ağac üzərində qravüra. B.e.ə 59-cu ildə Qədim Romada ilk qəzet nəşr olunur. Bu da ağacın bizlərə verdiyi daha bir dəyərli töhfə.

1992-2022. Arada olan 30 il. Bu 30 il ərzində “525-ci qəzet” günləri, ayları, illəri öz səhifələrinə həkk edib. Bu il 2022-ci il noyabrın 17-si qəzetin 30 yaşı tamam olur. Ümumilikdə noyabr ayı həmişə əlamətdar hadisələrə şahidlik edib. Noyabrın 8-i zəfərimizin rəmzi, Şuşanın azad edilməsi, 9 noyabr Bayraq Günü, 17 noyabr Milli Dirçəliş Günü və daha nələr. 44 günlük müharibə dövründə də “525-ci qəzet” daima öndə olanlardan idi. Bugünkü zamanda da işğaldan azad olunmuş ərazilərimizdə aparılan böyük quruculuq işləri ilə bağlı müxtəlif səpkili yazılar qəzetdə münətəzəm olaraq dərc edilir.

“525-ci qəzet”in 30 yaşı. Bu illər ərzində qəzet gördüyü işlər sayəsində böyüyüb, yaşa dolub. Bu prizmadan “525-ci qəzet”i inkşaf etmiş, çevrəsi geniş, böyümüş qəzet adlandırsaq, yerinə düşər. Mən də qəzetin daimi oxucusu, ilk qələm təcrübələrini burada nəşr etdirənlərdən biri olaraq 30 yaşlı qəzeti yubileyi münasibətilə təbrik edirəm. Diləyirəm ki, “525-ci qəzet”in heç solmayan ətri, göz yormayan görünüşü, vərəqlərinin hüzur verən xışıltısı həmişə oxucularının ruhunu oxşasın.

Payız bir romantikadır. “525-ci qəzet” də payızda yaranıb. Bu yubiley ərəfəsində arzum budur ki, payızın cəlbedici rəngləri, sakit təbiəti, füsunkarlığı “525-ci qəzet”in həm oxucularını, həm də kollektivini ruhlandıracaq qədər hər birinin üzünə yansısın!..
 

 





16.11.2022    çap et  çap et