525.Az

Müəllimlər arasında “Təhsilin ulduzu” müsabiqəsi keçiriləcək


 

 Müəllimlər arasında “Təhsilin ulduzu” müsabiqəsi keçiriləcək<b style="color:red"></b>

Təhsil İnstitutu, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Təhsilin ulduzu” müsabiqəsi keçiriləcək.

Bu barədə 525.az-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd müəllimlərin tədris prosesindəki fərqli və yaradıcı yanaşmalarını aşkara çıxarmaq, müəllimlərin əməkdaşlığını və fənlərarası inteqrasiyanı inkişaf etdirmək, diqqətəlayiq təcrübələri yaymaqdır.

Müsabiqədə dövlət ümumtəhsil müəssisələrində çalışan və yalnız müxtəlif fənləri tədris edən 2 həmkar birlikdə dərs təqdim etməlidirlər. 2 müəllimdən hər birinin müxtəlif şəhər və rayonlarda çalışıması tələb edilir.

Sevinc Qarayeva

 





16.11.2022    çap et  çap et