525.Az

Ukrayna Rusiyadan Macarıstana neft nəqlini dayandırıb


 

Ukrayna Rusiyadan Macarıstana neft nəqlini dayandırıb<b style="color:red"></b>

Rusiyanın “Transneft” neft şirkəti Rusiya neftini Macarıstana daşıyan “Drujba” neft kəmərinin Ukrayna tərəfindən dayandırıldığını açıqlayıb. 

525.az xəbər verir ki, Rusiyanın Ukraynadakı enerji obyektlərinə həyata keçirdiyi raket hücumları səbəbindən elektrik enerjisinin kəsilməsi yaşanarkən Rusiya neftini Macarıstana daşıyan "Drujba" neft kəmərindən neft axınının dayandığı açıqlanıb. 

Rusiyanın "Transneft" neft şirkətinin sözçüsü İqor Demin verdiyi açıqlamada: "Bizə Ukrayna tərəfindən yükün aşağı gərginlik səbəbiylə dayandırıldığı barədə məlumat verilib", - deyib. 

Qeyd edək ki, Rusiyanın Samara vilayətindən Ukrayna, Belarus, Almaniya, Polşa, Litva, Macarıstan, Latviya, Slovakiya və Çexiyaya 2600 kilometr neft daşıyan "Drujba" kəmərindən neft nəqli sonuncu dəfə avqustun 9-da dayandırılıb.

Malik Atilay

 





16.11.2022    çap et  çap et