ABŞ xarici işlər naziri Antoni Blinken ukraynalı həmkarı Dmitro Kuleba ilə birlikdə Polşaya endirilən raket zərbələrini dəyərləndirib.
525.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Blinken vəziyyətlə bağlı yaxın koordinasiyada olacağını bildirib. ABŞ-lı nazir bəyan edib ki, onun ölkəsi Ukraynaya özünümüdafiə üçün lazım olan hər şeyi təmin etmək üçün müttəfiqləri və tərəfdaşları ilə sıx işləməyə davam edəcək.
Polşanın Ukrayna ilə sərhədindəki Prjevodov kəndinə naməlum raketin düşməsi nəticəsində 2 nəfərin həlak olduğu açıqlanıb. Bundan sonra Polşa Milli Təhlükəsizlik Komitəsi təcili toplanıb və “hərbi hissələrin döyüş hazırlığının artırılması” qərara alınıb.
Bir çox NATO ölkəsi hadisənin narahatlıq doğurduğuna dair açıqlamalar verərək, hadisənin bütün aspektlərinin araşdırılması və bir çox detalların dəqiqləşdirilməsinin vacibliyini bildirib.
Malik Atilay
çap et