525.Az

“Son dövrlər vəziyyət yaxşıya doğru dəyişib”


 

“Son dövrlər vəziyyət yaxşıya doğru dəyişib” <b style="color:red"></b>


 “Keyfiyyətli elmi-tədqiqat və sitatların çoxluğunun ən vacib göstərcisi beynəlxalq əməkdaşlıqdır. Gürcüstan, Ukrayna, hətta Ermənistan kimi qonşu ölkələrin Avropa İttifaqı ilə sazişi mövcuddur  var ki, bu çərçivədə Horizon layihələrində universitetlərin birbaşa maliyyələşməsi təmin edilir”.

525.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib. 

Nazir müşaviri Azərbaycan universitetlərinin hazırkı reytinqlərdəki mövqeyindən söz açıb:

“Son günlər ölkəmizdəki universitetlərin dünya reytinqlərində yeri məsələsi çox müzakirə olunur. Əvvəlcə onu qeyd edim ki, son dövrlər vəziyyət yaxşıya doğru dəyişib. Keçən il ilk dəfə Bakı Dövlət Universiteti Times Higher Education dünya universitetləri reytinqində yer aldı və bu cari il də təkrarlandı.  Bu il isə iki universitetimiz – BDU və UNEC dünya universitetləri reytinqində yer alıb. Həmçinin, QS Emerging Europe & Central Asia reytinqində 7 universitetimiz, Times Higher Education impact ranking 6 universitetimiz təmsil olunur”.

Sevinc Qarayeva 
 

 

 





17.11.2022    çap et  çap et