525.Az

“Universitetlərin nəşrlərlə bağlı məlumatları yalnız 2015-ci ildən bəri mövcuddur”


 

“Universitetlərin nəşrlərlə bağlı məlumatları yalnız 2015-ci ildən bəri mövcuddur” <b style="color:red"></b>

“Bütün reytinq şirkətlərində universitetlər tərəfindən elmi-metrik bazalarda indeksləşmiş nəşrlərin sayı və onlardan gətirilən sitatların sayı reytinqdəki yerə ciddi təsir edən amillərdəndir. Bizim elmi-metrik bazalarda institusional rprofillərin yaradılmasına ilk dəfə 2016-cı ildə Təhsil Nazirliyi ilə Clarivate arasında imzalanmış müqavilədən sonra başlanılıb. O vaxta qədər yazılan məqalələrin, tədqiqatların universitetlərimizə aidiyyatı qeydə alınmayıb”. 

525.az xəbər verir ki, bunu Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib. Onun dediyinə görə, istənilən bazaya çıxışı olan şəxs görə bilər ki, universitetlərin nəşrlərlə bağlı məlumatları yalnız 2015-ci ildən bəri mövcuddur: 

“Times Higher Education universitetləri reytinqinə düşmək üçün isə son beş ildə ən azı 1000 məqalənin (ildə 150-dən az olmamaqla) olması zəruridir”.

Sevinc Qarayeva
 

 

 





17.11.2022    çap et  çap et