525.Az

DİM-də qəbul və buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub


 

DİM-də qəbul və buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub<b style="color:red"></b>


Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-in mətbuat xidmətindən 525.az-a bildirilib ki, gündəlik məsələ fizika fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənlərindən isə 9 illik (ümumi orta təhsil) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

Müzakirəyə təqdim olunmuş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Müvafiq fənn kurikulumunun məzmun standartlarının tələblərinə və təlim nəticələrinə uyğun tapşırıqlar imtahan modeli üçün qəbul olunub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Sevinc Qarayeva 

 





16.11.2022    çap et  çap et