525.Az

“Reytinqlərdə yerimizi tənqid edənlər əksər hallarda təcrid meyarlarına diqqət etmirlər” 


 

“Reytinqlərdə yerimizi tənqid edənlər əksər hallarda təcrid meyarlarına diqqət etmirlər” <b style="color:red"></b>

“Reytinqlərdə yerimizi tənqid edənlər əksər hallarda təcrid meyarlarına diqqət etmirlər. Tarixən Azərbaycandakı universitetlərinin mütləq əksəriyyəti tam universitetlər  deyil, ixtisaslaşmış ali təhsil müəssisələridir. Times Higher Education meyarlarına görə nəşrlərinin 80%-indən çoxu THE tərəfindən müəyyənləşdirilmiş 11 geniş ixtsas sahəsində yalnız birinə aid olan unievrsitetlər dünya universitetləri reytinqinə daxil ola bilməzlər”.
525.az xəbər verir ki, bunu Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib. Nazir müşaviri qeyd edib ki, QS meyarlarına görə dünya universitetləri reytinqinə daxil olmaq üçün universitet 5 geniş ixtisas sahəsindən ən azı ikisi üzrə bütün dərəcələri verməlidir: “Bizdə isə əksər universitetlərimiz tarixən bir neçə ixtisas istiqaməti üzrə ixtisaslaşıb, kadr bazası və tədqiqatlar da bu istiqamətlər üzrə müəyyənləşib. İndi-indi universitetlərimizdə geniş şaxələnmə getməkdədir, bu isə tədqiqatların sayı və keyfiyyət baxımından reytinqlərə düşmək üçün vaxt tələb edir”.

N.Məmmədlinin dediyinə görə, keyfiyyətli elmi-tədqiqat və sitatların çoxluğunun ən vacib göstərcisi beynəlxalq əməkdaşlıqdır:

“Bizim tədqiqat sahəsində xüsusilə Avropa ölkələri ilə əməkdaşlığımızın az olmasının mühüm obyektiv səbəblərində biri də, məncə, diqqətdən qaçır. Bu da ondan ibarətdir ki, Avropada artıq uzun illərdir ki, tədqiqatlar institutlaşıb və onlar daha çox Horizon 2020, indi isə Horizon Europe çərçivəsində həyata keçirilir. Bizim qonşularımız Gürcüstan, Ukrayna, hətta Ermənistan bu çərçivədən daha çox faydalanıb. Ona görə ki, bu dövlətlərin Avropa İttifaqı ilə assosiativ sazişi var, bizim isə yoxdur. Assosiativ saziş Horizon layihələrində universitetlərin birbaşa maliyyələşməsini təmin edən ən vacib sənəddir.
Bizdə PhD səviyyəsində təhsilin keyfiyyəti bir tərəfə, sayı da qonşu ölkələrdən az olub. Məsələn, 2013 ildə  Gürcüstanda təhsil alan PhD tələbələrin sayı 4677 nəfər, bizdə isə cəmi 2070 nəfər olub. 2021-ci ilin statistikasına görə Gürcüstanda 3879, Azərbaycanda isə 2559 tələbə PhD təhsili alır. Bizdə ayrılan qəbul yerləri heç vaxt dolmur. Tədqiqatçı azdırsa, tədqiqat və nəşr sayı da azdır”.

Sevinc Qarayeva 
 

 

 





17.11.2022    çap et  çap et