525.Az

Macarıstanda oxumaq istəyənlər üçün fürsət


 

Macarıstanda oxumaq istəyənlər üçün fürsət<b style="color:red"></b>

Macarıstan 2023-2024-cü tədris ili üçün təqaüd proqramı elan edir.

525.az  xəbər verir ki, Təqaüd proqramı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir.

Qeyd edək ki, Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Sevinc Qarayeva 

 





17.11.2022    çap et  çap et