NATO-dakı kritik Polşa toplantısından sonra NATO-nun Baş katibi Yens Stoltenberq mühüm açıqlamalar verir.
525.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama verib ki, onların əlində heç bir sübut yoxdur: "Bizim heç bir sübutumuz yoxdur. Bu hadisə çox güman ki, Ukrayna müdafiə raketlərinin Rusiyanın hücum raketlərini hədəf alması nəticəsində baş verib. Bu, Ukraynanın günahı deyil", - deyə o bildirib.
Stoltenberq əlavə edib ki, NATO müttəfiqlərini qorumaq üçün lazım olan hər şeyi edəcək.
Həmçinin hadisə ilə bağlı istintaqın davam etdiyini bildirən Stoltenberq: “Hava və dəniz müdafiə gücümüzü artırdıq. NATO müttəfiqlərimizlə daha çox nə etməli olduğumuzu davamlı olaraq nəzərdən keçiririk. Biz Alyansın şərq sərhədində mövcudluğumuzu gücləndirmək üçün lazımi addımları da atırıq", - deyə qeyd edib.
Fərid Sançar
çap et