525.Az

“Reytinqlərin hansının ədalətli olması bir çox hallarda mübahisə doğurur”


 

“Reytinqlərin hansının ədalətli olması bir çox hallarda mübahisə doğurur” <b style="color:red"></b>


“Dünyada bir çox reytinqlər mövcuddur. Bu reytinqlərin hansının ədalətli olması bir çox hallarda mübahisə doğurur. Bütün hallarda Azərbaycan universitetləri bu reytinqlərdə yer almaqla bağlı ciddi şəkildə düşünməldirlər”. 

525.az-ın məlumatına görə, bunu Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun deyib.

O qeyd edib ki, bu reytinqlərdə yer almaq üçün bir çox parametrlər mövcuddur və bu parametrlərə əməl olunması bizim universitetlərin inkişafında müsbət yer ala bilər: 

“Universitetdə təhsil alan tələbələr, tədqiqatların keyfiyyəti, çalışan xarici müəllimlərin sayı bu parametrlərə daxildir. Son illərdə Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülür.
Bütövlükdə, hər bir universitetin bu istiqamətdə strategiyası olmalıdır. Qarşılarına müəyyən bir hədəf qoymalıdırlar və o hədəflərə çatmaq üçün işlər görülməlidir. Bu, xeyli zaman aparan bir prosesdir”.  

Sevinc Qarayeva 
 

 





17.11.2022    çap et  çap et