525.Az

Böyük Britaniyada inflyasiya son 41 ilin ən yüksək səviyyəsinə çatıb


 

Böyük Britaniyada inflyasiya son 41 ilin ən yüksək səviyyəsinə çatıb<b style="color:red"></b>

Böyük Britaniyada inflyasiya, xüsusilə enerji və ərzaq qiymətləri ilə yüksəlməyə davam edərək, oktyabr ayında illik 11,1 faizlə 41 ildə ən yüksək həddə çatıb.

525.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, oktyabr ayında ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) aylıq 2 faiz, illik müqayisədə isə 11,1 faiz artıb. 

Sentyabrda 10,1 faiz artan qiymətlər üçün gözlənti oktyabr ayında 10,7 faiz artacağı idi. 

ONS bildirib ki, ərzaq və alkoqolsuz içkilərin qiymətləri 1977-ci ildən bəri ən sürətli artımı göstərib. İnflyasiyanın son 41 ilin ən yüksək həddə olduğu ölkədə son 70 ildə cəmi 6 dəfə 10 faizi keçib. 1951-1952, 1973-1977, 1979-1982-ci illərdə ölkədə inflyasiya 10 faizdən yuxarı olub. 

Oktyabr ayında inflyasiya 11,1 faiz artaraq iki rəqəmli səviyyədə qərar tutub. Məlumatların İngiltərə Bankının qısamüddətli pul siyasəti yanaşmasına təsir edəcəyi gözlənilir.

Malik Atilay

 





17.11.2022    çap et  çap et