525.Az

Zirvədə - bayraqdır - Barat Vüsaldan yubiley şeiri


 

Zirvədə - bayraqdır - <b style="color:red"> Barat Vüsaldan yubiley şeiri</b>

 YUBİLEY

 

"525-ci qəzet"in 30 illiyi və altı mininci sayı münasibətilə

 

Salam Rəşad Məcid, a baş redaktor!

Nə gözəl ürəyin, gözəl başın var!

Bu gün-sabah 60 yaşın olacaq,

60, yoxsa ki, 30 yaşın var?!

 

Səsini ucaldır necə kəsərlə,

Xoş əməldir böyük, şah əsər, indi.

Yazıb, yazmadığın neçə əsərlə

Bu qəzet də sənin şah əsərindi!

 

Kim deyir, tək Ordum keşiyindədir,

Daim olsun deyə Vətən Müzəffər.

Bu qəzet də Yurdun keşiyindədir,

Zirvədə - bayraqdır,

Səngərdə - əsgər!

               

Hamını ucaldıb özüylə birgə,

Qoruyub, hifz edib,

dürr-inci sözü...

Bu qəzet həmişə Vətənə verib,           

Bu qəzet həmişə Bayrağa verib,

Birinci çıxışı,

birinci sözü!

 

"525"in yubileyidir,

Qəzet var, heç çıxmır iki, üç dəfə...

Kaş öpə biləydim sənin üzündən

Nə az, nə çox... 525 dəfə!?

               

Bu qəzet daha da qol-qanad açsın,

Keçsin Yer qatını, Göy səddini də.

"Ağzın şirin olsun!" deyəcək, bildim,

Öpürəm Yusifi, Seyfəddini də!

 

Yaşa dostum, gözəl kollektivinlə,      

Hələ görüləsi neçə işin var.

Bir gün görəcəklər elə sənin də,

Bu qəzetinin də düz yüz yaşı var!

 

Sözlə dediyimi sazla da deyir,

Deyirəm, altı min saylı qəzetlə

Sən bugünkü Mətbuata layiqsən.

Özgə nə danışım, özgə nə deyim,

Sən hər cür uğura, ada layiqsən!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





17.11.2022    çap et  çap et