525.Az

Yaponiyada idxal məhsulları kəskin artıb


 

Yaponiyada idxal məhsulları kəskin artıb<b style="color:red"></b>

Yapon yeninin kəskin ucuzlaşması ölkənin idxal fakturasının kəskin artmasına və ticarət kəsirinin genişlənməsinə səbəb olub.

525.az xəbər verir ki, oktyabrda Yaponiyanın idxalı 1980-ci ildən bəri ən sürətli artımı yaşayıb. Yapon milli pul vahidinin zəifləməsi səbəbiylə idxal oktyabrda illik 53,5 faiz artaraq 11,16 trilyon yenə çatıb. 

İqtisadçılar idxalda 50 faiz artım gözləsələr də ixrac gözləntilərdən aşağı - 25,3 faiz artaraq 9 trilyon yen olub.

Güclü idxal artımından sonra Yaponiyanın ticarət kəsiri oktyabrda 2,16 trilyon yen səviyyəsinə yüksəlib. Sentyabrda kəsir 2,09 trilyon yen təşkil edib. 

Qeyd edək ki,Yaponiyada son 15 ay ərzində ticarət kəsirləri baş verir.

Fərid Sançar

 





17.11.2022    çap et  çap et