Türkiyəyə qarşı aqressiv münasibəti ilə tanınan amerikalı senator Bob Menendez növbəti dəfə sərt ifadələr işlədib.
525.az xəbər verir ki, ABŞ-da keçirilən seçkilərdən sonra bəzi siyasi xadimlər Türkiyə əleyhinə çıxışlarını artırıblar. Seçkilərdə yenidən seçilən yunan əsilli, amerikalı siyasətçi Kris Pappasın başçılıq etdiyi qrup F-16-ların Türkiyəyə satışının qarşısını almaq üçün çox sərt məktub yazıb. Pappas və 20-dən çox şəxsin imzalandığı məktubda F-16 və modernizasiya dəstlərinin Türkiyəyə satılmaması ilə bağlı tələblər irəli sürülüb və səbəblər göstərilib.
Məktubun gündəmə gəlməsinin ardından ABŞ-ın yunan əsilli senatoru Bob Menendez oxşar çağırışları təkrarlayıb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Menendez deyib ki, ABŞ F-16 qırıcılarını prezident Ərdoğana verməməlidir: “Bütün bölgədə təcavüz dayandırılmadan Türkiyəyə heç bir F-16 təyyarəsinin satılmasına icazə verməyəcəyəm”, - deyə o bildirib
Türkiyənin ABŞ-la davam edən F-16 danışıqlarını hədəf alan yunan əsilli senator, Kiprin yunan tərəfindən adların da yer aldığı görüşdə Türkiyəni təcavüzkar ölkə adlandırıb.
Fərid Sançar
çap et