525.Az

NASA "Artemis" 1 raketini kosmosa buraxıb


 

NASA "Artemis" 1 raketini kosmosa buraxıb<b style="color:red"></b>

ABŞ Aerokosmik Agentliyinin (NASA) Aya qayıtması layihəsi olan SLS-Orion kosmik gəmisi "Artemis 1" orbitə buraxılıb.

525.az xəbər verir ki, NASA-nın ən böyük raketi "Artemis"in kəşfiyyat missiyası çərçivəsində Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzindən buraxılıb. NASA-nın sentyabrın 27-də Aya atmağı planlaşdırdığı yeni raketin Floridanı təhdid edən Nikol qasırğası səbəbindən yenidən təxirə salınmasına qərar verilmişdi.

Kennedi Kosmik Mərkəzindən həyata keçiriləcək Aya qayıdış layihəsi "Artemis 1" missiyası çərçivəsində sentyabrın 27-də planlaşdırılan uçuş sınağı Floridaya yaxınlaşan İan qasırğası səbəbindən üç dəfə, yanacaq çənindəki sızma səbəbindən isə iki dəfə təxirə salınmışdı.

Qeyd edək ki, NASA-nın Dərin Kosmos Tədqiqat Sistemlərinin ilk inteqrasiya olunmuş uçuş testini reallaşdıracaq "Artemis 1" uçuşu müvəffəqiyyətli olarsa, NASA astronavtları 2024-cü ildə Ayın ətrafında uça, 2025-ci ildə isə Aya enə biləcəklər.

Məhəmməd Tağıyev

 





17.11.2022    çap et  çap et