525.Az

"Bu, İranın necə cılız siyasətə sahib olduğunu göstərir"


 

"Bu, İranın necə cılız siyasətə sahib olduğunu göstərir"<b style="color:red"></b>

İran rejimi Azərbaycan əleyhinə son addımları ilə indiyə kimi pərdələməyə çalışdığı düşmən simasını, riyakarlığını açıq şəkildə ortaya qoydu. Azərbaycan cəmiyyətində onsuz da əksəriyyət İranı dost, qonşu ölkə kimi qəbul etmirdi. Çünki Tehran rejiminin ölkəmizə yönəlik bəyanatları qeyri-səmimi idi. Xüsusilə, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük zəfərindən sonra molla rejiminin yuxusu ərşə çəkildi. Özünü islam dövləti, "müsəlman təəssübkeşi" adlandıran İran ölkəmizə qarşı addımları, terrorçu Ermənistanı dəstəkləməklə heç vaxt Azərbaycanın dostu olmadığını, ikiüzlü siyasət yeritdiyini, islama, müsəlman dəyərlərinə xəyanət etdiyini göstərmiş oldu. Əgər İran İslam ölkəsidirsə, niyə illərlə torpaqlarımızın işğalda qalmasına, ermənilərin məscidlərimizdə donuz saxlamasına, məzarlıqlarımızı dağıtmasına göz yumdu. İllərlə Ermənistanı dəstəkləməklə onu ayaqda saxlayıb, hər cür yardım edən Tehran Vətən müharibəsindən sonra da öz məkrli  addımları ilə Ermənistanın sülh prosesini uzatmasına, 10 noyabr bəyanatındakı öhdəliklərini yerinə yetirməməsinə rəvac verir. Azərbaycanın əsas hissəsinin Naxçıvanla maneəsiz əlaqəsinin təmin edəcək Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxır.

Fars rejimi bəzi vətəndaşlarımızı ələ alıb, beyinlərini yumaqla onlardan casus şəbəkəsi yetişdirib. Ölkəmizdə sabitliyi pozmağa yönəlmiş bu cür addımların qarşısı Azərbaycan dövləti tərəfindən vaxtında alınır.

Rejimin daha bir mənfur əməli - Vətən müharibəsinin gedişində Azərbaycan ərazilərinin işğaldan azad olunan hissəsi İran silahlı qüvvələri tərəfindən narkotik vasitələrin daşınması üçün istifadə edilib. İki il əvvəl Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanıb. Cənub istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar var idi. Ümumilikdə isə Qarabağın 30 illik işğalı dövründə Azərbaycan tərəfindən dəfələrlə İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan dəstələr ələ keçirilib.

Fars rejimi birləşmə qorxusuna görə hər zaman cənublu soydaşlarımızın hüquqlarını pozub, onların öz dillərini, kimliklərini unutdurması üçün hər şey edib, amma çirkin niyyətinə nail ola bilməyib.

Politoloq Elşad Həsənov deyib ki, Azərbaycan müstəqillik qazanandan bu günə kimi hər zaman İran bizə qarşı qeyri-adekvat münasibət sərgiləyib. Həmçinin, ölkəmizdən İrana təhsil üçün gedənlərin hamısını öz tərəflərinə çəkərək Azərbaycanda dini təbliğat aparmaq istəyir: "Lakin buna nail ola bilməyəcəklər. Çünki Azərbaycan dünyəvi dövlətdir".

E.Həsənov İranda molla rejiminə qarşı baş qaldıran iğtişaşlardan danışıb və bunun milli azadlıq hərəkatına doğru getdiyini vurğulayıb. O, fars-molla rejiminin son günlərini yaşadığı qənaətindədir: "Artıq 2 aydır ki, İranda molla-fars rejiminə qarşı baş qaldıran iğtişaşların səbəbinin fonunda insanların bu rejimin tərəfdarı olmadığı ortaya çıxır. Qadınlar məcburi çarşabların əlindən beziblər, digər ölkələrin qadınları kimi azad olmaq istəyirlər. Rejimə qarşı baş qaldıran xalqın bu addımları milli azadlıq hərəkatına doğru gedir. Həmçinin, son dövrlər İranın Azərbaycan sərhədində hərbi təlimlər keçməsi və müxtəlif bu kimi məkirli addımları onlar üçün utancverici bir hadisədir. Bu onu göstərir ki, İran necə də cılız siyasətə sahibdir. Azərbaycan 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil, 44 günlük Vətən müharibəsi ilə dünyaya necə gücə sahib olduğumuzu göstərdik".

E.Həsənov Azərbaycan vətəndaşlarından ibarət İranın yaratdığı casus şəbəkəsinin DTX tərəfindən ifşasına da toxunub: "Məqsəd ölkəmizdə qarışıqlıq yaratmaqdır. Təbii ki, onlar buna nail ola bilməyəcəklər. Bayaq da qeyd etdiyim ki, Azərbaycan dünyəvi dövlətdir. İran həmin casuslar vasitəsi ilə ölkə ərazisindəki hərbi kommisarlıqların binasının və bir sıra sənaye yerlərinin ərazisini öyrənməyə cəhd edirdi. Bu, qonşuluğa yaraşmayan hərəkətdir. Azərbaycan Prezidenti İranın lazımi cavabını həm Şuşada, həm də Səmərqənddə layiqincə verdi. Məncə, İran rəsmiləri buradan özlərinə pay götürüblər. İranın məqsədi müsəlman ölkələrini bir-birinə qatmaqdır. İran bilməlidir ki, bundan sonra Azərbaycana qarşı nəsə etsə, cavabını 10 qat artıqlaması ilə alacaq".

 

 





18.11.2022    çap et  çap et