525.Az

"DÇ-2014": 1/8 finalın ilk cütlükləri müəyyənləşdi


 

"DÇ-2014": 1/8 finalın ilk cütlükləri müəyyənləşdi<b style="color:red"></b>

Braziliyada təşkil olunan 20-ci dünya çempionatında 1/8 finalın ilk cütlükləri müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, A və B qruplarının son oyunlarından sonra 4 komanda mundialda mübarizəni dayandırıb.

A qrupunda Xorvatiya və Kamerun, B qrupunda isə İspaniya və Avstraliya komandaları mundialla erkən vidalaşıblar.

Əvəzində A qrupunda Braziliya və Meksika, B qrupunda isə Hollandiya və Çili yığmaları 1/8 finalda mübarizəni davam etdirəcəklər. Bu mərhələdə Braziliya Çili, Hollandiya isə Meksika yığması ilə üz-üzə gələcək.

 

 

1/8 final

28 İyun

21:00. Braziliya - Çili


29 İyun

21:00. Hollandiya - Meksika

 





24.06.2014    çap et  çap et