525.Az
Tovuzda bir ailə qazdan zəhərləndi
Tovuz rayonunda 3 nəfər qazdan zəhərlənib.
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, hadisə oktyabrın 28-də rayonunun Əsrik Cırdaxan kəndində qeydə alınıb. Kənd sakinləri İmran Rüstəmov, onun arvadı Fatma və nəvəsi Rühanə Rüstəmova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər
29.10.2012
çap et