525.Az

BDU-da “Gənc tədqiqatçılara dəstək” layihəsinin icrasına başlanılıb


 

 BDU-da “Gənc tədqiqatçılara dəstək” layihəsinin icrasına başlanılıb<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin Doktorantura və magistratura şöbəsinin təşkilatçılığı ilə “Gənc tədqiqatçılara dəstək” layihəsinin icrasına başlanılıb.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

Layihə ilə əlaqədar keçirilən tədbirdə Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov çıxış edib. O qeyd edib ki, layihənin əsas məqsədi magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələri, eləcə də gənc tədqiqatçı müəllimləri elmi-tədqiqat işinin təşkili və aparılması sahəsində zəruri məlumatlarla tanış etmək, müvafiq bacarıqlar aşılamaqdır.

Magistratura və doktorantura şöbəsinin müdiri Mirnamik Bəşirov layihə haqqında geniş məlumat verib.

İSSN Beynəlxalq Agentliyinin Azərbaycan üzrə əlaqələndiricisi Xəyalə Məmmədova iştirakçılara beynəlxalq elmi jurnallara müraciət və nəşr qaydaları ilə bağlı geniş məruzə edib.

Sonra suallar cavablandırılıb.

Sevinc Qarayeva 

 





18.11.2022    çap et  çap et