525.Az

Azərbaycan Albaniya və Keniyada səfirlik açır - Yenilənib


 

Azərbaycan Albaniya və Keniyada səfirlik açır - <b style="color:red">Yenilənib</b>

Azərbaycanın Albaniya və Keniyada səfirliyi açılacaq.

525.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliyinin təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihələri Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb..

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

***

Azərbaycanın Albaniya və Keniyada səfirliyi açılacaq.

525.az xəbər verir ki, bununla bağlı məsələlər parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

 





18.11.2022    çap et  çap et