525.Az

Sumqayıt məktəbliləri UNEC-in təhsil imkanları barədə məlumatlandırılıb


 

Sumqayıt məktəbliləri UNEC-in təhsil imkanları barədə məlumatlandırılıb<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndislik və tətbiqi elmlər kafedrasının müəllimləri professor Məhəmmədəli Nuriyev və baş müəllim Gülnarə Məmmədova Sumqayıt şəhərində yerləşən 5, 16 və 24 saylı orta məktəblərin yuxarı sinif şagirdləri ilə onlayn görüş keçiriblər.

UNEC-dən 525.az-a bildirilib ki, görüşdə məktəblilərə universitetin təhsil imkanları, ixtisaslar, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd və s. barədə məlumat verilib.

Görüş zamanı sənaye mühəndisliyi ixtisasının mahiyyəti, tətbiq sahələri, karyera imkanları barədə məlumat da şagirdlərə çatdırılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Sevinc Qarayeva 

 





18.11.2022    çap et  çap et