525.Az

Cənubi Koreya və ABŞ Şimali Koreyaya qarşı əməkdaşlığı davam etdirəcək


 

Cənubi Koreya və ABŞ Şimali Koreyaya qarşı əməkdaşlığı davam etdirəcək<b style="color:red"></b>

Cənubi Koreya və ABŞ-ın Şimali Koreyanın kiber təhdidləri ilə mübarizədə əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiyi açıqlanıb.

525.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, cənubi koreyalı baş direktoru Li Tae-woo-nun Şimali Koreyanın nüvə fəaliyyətindən məsul olduğunu və ABŞ-ın Şimali Koreyadakı xüsusi nümayəndəsinin müavini Cung H. Pakın, həmçinin hər iki ölkədən 60-a yaxın diplomatiya, təhlükəsizlik və kəşfiyyat  xidmətlərinin rəsmi iştirakı ilə görüş keçirildiyini açıqlayıb. Nazirlikdən verilən məlumata görə, Cənubi Koreya və ABŞ xaricə göndərilən şimali koreyalı informasiya texnologiyaları mütəxəssisləri ilə bağlı aktual məlumatları paylaşıb.

Tərəflər Şimali Koreyanın onlayn qeyri-qanuni fəaliyyəti, o cümlədən kriptovalyutaların ələ keçirilməsi barədə məlumatları paylaşıb və onlarla effektiv mübarizə yollarını müzakirə ediblər. Bundan əlavə, tərəflər çirkli pulların yuyulmasını dəstəkləyən Şimali Koreya vasitəçilərinə qarşı iki ölkənin mübarizə üsulları barədə fikir mübadiləsi aparıblar. Digər tərəfdən, Cənubi Koreya və ABŞ görüşdə müzakirə olunan məsələlərlə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Məhəmməd Tağıyev

 





18.11.2022    çap et  çap et