525.Az

"Arxiv işində İKT-nin tətbiqi" mövzulu seminar keçirilib


 

"Arxiv işində İKT-nin tətbiqi" mövzulu seminar keçirilib<b style="color:red"></b>

Milli Arxiv İdarəsində "Arxiv işində İKT-nin tətbiqi: Dövlət arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması və elektron xidmətlər; İnformasiya təhlükəsizliyi və arxivçilərin rəqəmsal mühitdə məsuliyyəti" mövzusunda seminar təşkil edilib.

İdarədən 525.az-a bildirilib ki, seminarda İdarə rəisinin müavini Həsən Həsənov, İdarənin Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron Xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov, Dövlət arxivlərinin rəhbər şəxsləri və aidiyyəti sahə üzrə xidmət göstərən arxivçilər iştirak edirdi. Tədbirdə həmçinin videokonfrans formatında qoşulmuş dövlət arxivi filiallarının direktorları, əməkdaşları və rayon (şəhər) dövlət arxivlərinin müdirləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açıq elan edən İdarə rəisinin müavini Həsən Həsənov ilk növbədə əməkdaşları 17 Noyabr- Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Sonra mövzunun əhəmiyyəti və günün tələbi olan rəqəmsal arxivin yaradılması istiqamətində görülən işlər, həmçinin rəqəmsallaşmanın və elektron xidmətlərin məmur-vətəndaş münasibətlərində, o cümlədən, bir sıra neqativ halların, korrupsiya əməllərinin qarşısının alınmasında xüsusi rol oynadığını vurğulayıb. Təşkilat metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova keçirilən seminarların arxivçilərinin bilik və bacarığının artırılması istiqamətində önəmini qeyd edib.

Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov yuxarıda qeyd edilən mövzu ətrafında məruzə ilə çıxış edərək, Elektron Arxiv Sistemi, Elektron Arxiv Məlumat Sistemi, Elektron Hesabatlar Sistemi, Elektron Sənəd Dövriyyəsi Sistemi və yeni yaradılmaqda olan "Ləğv olunmuş, idarəetmə forması dəyişdirilmiş idarə, müəssisə və təşkilatların arxiv fondları haqqında məlumatın verilməsi" adlı elektron xidmət barəsində məlumat verib. Natiq Eminov arxivçilərin informasiya təhlükəsizliyi, kibercinayətkarlıq, arxivçilərin rəqəmsal mühitdə məsuliyyəti barəsində mövcud olan normativ aktların tələblərini seminar iştirakçılarına çatdırıb.

Daha sonra çıxış edən İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin aparıcı məsləhətçisi Roza Əliyeva, mütəxəssis Mircamal Seyidov sənədlərin rəqəmsallaşdırılması prosesində qarşıya çıxan problemlər və onların həlli yolları barədə məlumat veriblər. Seminar açıq diskussiya formatında davam edib.

 





18.11.2022    çap et  çap et