525.Az

Almaniyadan Polşaya hava məkanına nəzarəti dəstəkləmək təklifi


 

Almaniyadan Polşaya hava məkanına nəzarəti dəstəkləmək təklifi<b style="color:red"></b>

Polşanın Ukrayna ilə sərhədində yerləşən Pşevoduv kəndinə raket düşməsindən sonra Almaniya "Eurofighter" döyüş təyyarələri ilə Polşanın hava məkanına nəzarəti dəstəkləməyi təklif edib.

525.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin sözçüsü Kristian Tiels, Berlində keçirdiyi mətbuat konfransında Almaniyanın Polşada baş verən insidentə operativ reaksiya vermək üçün hava məkanının monitorinqində Polşaya dəstək verməyi təklif etdiyini bildirib. Polşaya təklif etdiklərini və Almaniyanın "Eurofighter" təyyarələrinin ölkənin hava sahəsinin nəzarəti çərçivəsində həyata keçirilən "hava polisi" vəzifəsinə qatılmalarının lazım olduğunu bildirən Tiels: "Polşa istəsə, sabahdan etibarən bunu etmək olar", - deyib.

O, bunun üçün Polşada döyüş təyyarələrinin yerləşdirilməsinə ehtiyac olmadığını və Almaniyadakı bazalardan patrulların həyata keçirilə biləcəyini bildirib. Bu kontekstdə Polşa tərəfi ilə təmasda olduqlarını ifadə edən Tiels, Almaniyanın müdafiə naziri Kristin Lambrextin də polşalı həmkarı ilə görüşəcəyini qeyd edib.

İclasda iştirak edən Almaniya hökuməti sözçünün müavini Volfqanq Büxner, Almaniya hökuməti olaraq Polşanın Ukrayna ilə sərhədindəki Pşevoduv kəndində baş verən və ən azı iki nəfərin öldüyü hadisədən dəhşətə gəldiklərini söyləyib. Büxner, Almaniya Kansleri Olaf Şoltsun Polşa Prezidenti Anjey Duda ilə görüşdüyünü və başsağlığı verdiyini də dilə gətirib. Hadisə ilə bağlı araşdırmaların davam etdiyinə diqqət çəkən Büxner, Rusiyanın Ukraynaya qarşı müharibəsi olmasa bu hadisənin də baş verməyəcəyini ifadə edib.

Qeyd edək ki, Büxner, Almaniya Kansleri Olaf Şoltsun sözügedən hadisəyə çox diqqətlə aydınlıq gətirməli olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





18.11.2022    çap et  çap et