525.Az

Müəllimlərin İKT bacarıqları inkişaf etdirilir


 

Müəllimlərin İKT bacarıqları inkişaf etdirilir<b style="color:red"></b>

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibi "VİRTUALIN SEHRİNDƏ PRAKTİKA" layihəsinin əsas məqsədi təhsilverənlərin rəqəmsal bacarıqlarının inkişafına töhfə verməkdir. Qalib layihənin rəhbəri Mingəçevir şəhər N. Nərimanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zəminə Qarayevadır.  

525.az xəbər verir ki, Qarayeva Zəminə 19 il pedaqoji fəaliyyəti olan bir müəllim kimi hər zaman innovativ təhsil metodlarına və İKT bacarıqlarına daha çox maraq göstərərək yenilikləri öyrənməyə çalışıb.

Real və virtual formatda müəllimlərin İKT bacarığının artırılması və bu işdə onların özünüinkişaf etdirməsinə bacardığı qədər dəstək olub. Artıq Z.Qaryeva öz ideyalarını Virtualın Sehrində Praktika layihəsi ilə virtual və əyanidən reallaşdırmağa Nail olub. Belə ki, Elm və texnologiyanın inkişaf etdiyi bir dönəmdə məhz bu layihənin günümüzün müəllimləri üçün nə qədər faydalı olması aktuallığını nəzərə salsaq artıq oktyabr ayından başlayan təlimlərdə bir çox müəllimlərin layihədə könüllü iştirak etməsinə maraq göstərdiyinin şahidi olarıq. Bu isə onu göstərir ki, həqiqətən layihənin məqsəd və hədəfi zamanın tələblərunə uyğun doğru istiqamətdə seçilmişdir. Layihə təlimləri onlayn şəkildə İKT- nin əlifbası olan Word, PiwerPoint, Exel, Activinspire kimi müvafiq proqram üzrə ölkənin öz işinin peşəkarı olan iki müəllim tərəfindən reallaşır.

Təhsil arenasında T-Networkun təsisçisi kimi tanıdığımız təhsil eksperti və bir çox qabaqcıl fikirlərin, eyni zamanda faydalı vəsaitlərin müəllifi Qoşqar Məhərrəmov və İKT bacarıqları ilə öz işinin öhdəsindən məharətlə gələn ARTİ, İTE, MİE -nin əməkdaşı olan Arzu Nəsirli ilə hər həftəsonu müəllimlər Microsoft office proqramlarında işləmə bacarığını özlərinə məxsus peşəkar şəkildə aşılayır.

Təlimlərə maraq günü- gündən artır. Müəllimlərin internet resursu hazırlamaq həvəsi özü bir stimul verici amildir ki, bu gün layihənin vacib olmasını isbatlayır.

Layihədə 100 müəllimə təlim keçirilməyi nəzərdə tutulur, lakin bu gün layihəyə qoşulmaq istəyən müəllimlər və İKT bacarıqlarının inkişafı əsasında internet resursları hazırlayan həvəskar və bacarıqlı müəllimlərimiz həddindən çoxdur. Ümid edirik ki, layihə zamanın tələbinə uyğun faydalılığı ilə iştirakçı müəllimlərə müəyyən internet resursları əldə etməyə və təhsilimizdə İKT resurslarının müstəqil hazırlanmasında dəstək kimi öz töhfəsini edər.Layihəyə qatılan hər bir müəllimə uğurlar arzulayırıq.

Sevinc Qarayeva 

 





19.11.2022    çap et  çap et