525.Az

Maskdan Twitter işçilərinə: "Daha çox çalışın və ya işdən çıxın"


 

Maskdan Twitter işçilərinə: "Daha çox çalışın və ya işdən çıxın"<b style="color:red"></b>

“Twitter”i alan məşhur milyarder İlon Mask şirkət işçilərindən ağır iş rejimi ilə razılaşmalarını və ya təzminat alaraq işdən çıxmalarını istəyib. 

525.az xəbər verir ki, "Twitter" əməkdaşlarına göndərilən e-poçta görə, Mask şirkətdəki yeni prosesdə qeyri-adi performansa ehtiyac olduğuna diqqət çəkib. 

"İrəli gedərək biz "Twitter 2.0" yaratmaq və getdikcə daha rəqabətli dünyada uğur qazanmaq üçün son dərəcə sərt olmalıyıq. Bu, yüksək intensivlikdə uzun saatlarla işləmək deməkdir. Daha çox çalışın və ya işdən çıxın", - Mask e-poçtda yazıb. 

“Yeni "Twitter"in bir hissəsi” olmaq istəyən işçilərdən cümə axşamı Nyu-York vaxtı ilə 17:00-a qədər e-poçta əlavə edilmiş linkə klikləmələri istənilib. Mask qeyd olunan müddət bitənə qədər öhdəliyi təsdiq etməyənlərin 3 aylıq təzminat alacağını bildirib. 

E-poçtda həmçinin: "Nə qərar versəniz, "Twitter"in uğur qazanması üçün göstərdiyiniz səylərə görə təşəkkür edirik", - deyə əlavə edilib.

Malik Atilay

 





19.11.2022    çap et  çap et