525.Az

Lənkəranda qətl hadisəsi baş verib


 

Lənkəranda qətl hadisəsi baş verib<b style="color:red"></b>

Lənkəran rayonunda qətl hadisəsi baş verib.
 
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 2 radələrində rayonun Göyşaban kəndi ərazisində yerləşən maşın təmiri sexində qeydə alınıb. Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Bəhruz Fəyaz oğlu Mikayılov şəxsi münasibətlər zəminində həmyaşıdı və həmyerlisi Elnur Rasim oğlu Kişiyevi bıçaqla qətlə yetib.
 
Daha sonra B. Mikayılov hadisə yerindən qaçıb.
 
Hazırda rayonun hüququ-mühafizə orqanları qətl törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
 
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalar aparılır.

 





24.06.2014    çap et  çap et