Dünyanın bir çox ölkəsində hələ də məşhurluğunu qoruyan və ildə milyonlarla adamın ziyarət etdiyi kitabxanalar mövcuddur. Kompüter və internet texnologiyası həyatımızı bu ölçüdə ələ keçirməzdən əvvəl kitabxanalar hər cür məlumata çata biləcəyimiz yeganə yerlər idi. Zamanla insanlar texnologiya sayəsində istədiyi məlumatı əldə etmək üçün kitabları istifadə etməni buraxıb daha asan və sürətli olan bu texnologiyanı istifadə etməyə başlayıb. Çox qısa bir müddət sonra kitabxanalar funksiya dəyişdirib yalnız muzey olaraq istifadə edilsə, buna heç kimin təəccüb edəcəyini sanmırıq.
Lakin onu da qeyd etmək lazımdır ki, son dövrlərdə hər nə qədər elektron kitabxanalar çox populyarlaşsa da, bəzi ənənəvi kitabxanalar da öz yerini itirmir. Onlara hələ də ehtiyac duyulur.
525.az olaraq həmin kitabxanalar haqqında məlumatları sizlər üçün topladıq.
Rusiya Milli Kitabxanası
Rusiya Milli Kitabxanası ən məşhur və ən böyük kitabxanalardan biri kimi tanınır. Sankt-Peterburqda yerləşən bu kitabxana Avropada yaranan ilk ictimai kitabxanalardan biri olmuşdur. Kitablar arasında xarici dillərdə olan nəşrlərə də rast gəlinir. Kitabxanada 33 milyondan çox kitab var. Hər il oranı ən azı 1.5 milyon insan ziyarət edir.
ABŞ Konqres Kitabxanası
Hamıya məlum olan ABŞ Konqres Kitabxanası 1800-cü ildə ABŞ-ın paytaxtında yaradılıb. 1865-ci ildə kitabxana böyüklüyünə görə artıq Amerikada dördüncü olsa da dünyanın əksər məşhur kitabxanalarından xeyli geridə qalırdı. İndi Konqres Kitabxanası yeraltı keçidlərlə birləşən üç binada yerləşir. 144 milyon ədəbiyyatın 32 milyondan çoxunu kitablar təşkil edir.
Britaniya Muzey Kitabxanası
Britaniya Muzey Kitabxanasını qeyd etməmək mümkün deyil, çünki o, həmişə dünyanın ən məşhur kitabxanaları sırasında olub. Onun əsasında 1973-cü ildə bir neçə kitabxananı birləşdirərək Milli Kitabxana yaradılmışdır. Kitabxanada 150 milyondan çox ədəbiyyat mövcuddur.
Harvard Universiteti Kitabxanası
Yüzdən çox kollec, məktəb, muzey və s. kitabxanaları daxil olmaqla, ən böyük akademik kitabxana kimi tanınır. Kitabxanada tısbağa qabıqlarının üzərindəki qədim yazılara, həmçinin heyvan sümükləri üzərində yazılara rast gəlinir.
Müqəddəs Qall Kitabxanası
İsveçrənin ən qədim kitabxanaları arasında ən vacibi olmaqla yanaşı həm də öz gözəlliyi ilə seçilənlərdən biri Müqəddəs Qall monastırının kitabxanasıdır. Qall kitabxanası qeyri-adi bina dizaynı ilə diqqəti cəlb edir. Stokholm şəhərinin ən diqqətçəkən binası ictimai kitabxananın dairəvi binasıdır. Onun tikintisi 1928-ci ildə başa çatdırılmışdır. İsveçdə ilk dəfə açıq rəflərin qəbul edildiyi yer orada idi.
Konqres Kitabxanası
Dünyanın ən böyük kitabxanalarından biri də Konqres Kitabxanası hesab olunur. 1800-cü ildə Vaşinqtonda cəmi 740 kitab ilə əsası qoyulmuş, bu gün ən çox - 144 milyondan çox nüsxənin yerləşdiyi bir məkana çevrilmişdir. Bu kitabxana xaricdə rus dilində ən böyük kitab kolleksiyasını ünvanını qoruyub saxlayır. Konqres Kitabxanasının kolleksiyasına hər il bir neçə milyon nüsxə əlavə edilir. Yeri gəlmişkən, ən bahalı kitablar məhz bu kitabxanada saxlanılır. Bəzi nəşrlərin qiyməti 22,6 milyon dollara çata bilir.
Vatikan Apostol Kitabxanası
Vatikan kitabxanasında orta əsr və İntibah dövrünün ən zəngin əlyazmalar toplusu yerləşir. XV əsrdə papa V Nikolay tərəfindən əsası qoyulub. Əvvəlcə Domeniko Girlandayo, Melotso da Forli və Antoniatso Romanonun freskaları ilə bəzədilib. Fondlarının genişləndirilməsi nəticəsində kitabxana 1587-ci ildə Domeniko Fontana tərəfindən inşa edilmiş yeni binanı alıb. Hazırda onun fondlarında 1,6 milyona yaxın çap olunmuş kitab, 150 min əlyazma, 8.3 min inkunabul, 100 mindən çox qravüra və coğrafi xəritə, 300 min sikkə və medallar var.
Qeyd edək ki, ölçülərinə görə kiçik, lakin tanınmış kitabxanalar da fəaliyyət göstərir. Bunlar:
Bristol Mərkəzi Kitabxanası, Stokholm İctimai Kitabxanası, Kopenhagen Kral Kitabxanası və əlbəttə ki, Packham Kitabxanasıdır. Ən gözəl kitabxanalar şəhərlərin mərkəzlərində yerləşən sənət əsərləridir desək yanılmarıq.
Havar Şəfiyeva