525.Az

88 Axısqa türkü Xersondan Türkiyəyə gətirilib


 

88 Axısqa türkü Xersondan Türkiyəyə gətirilib<b style="color:red"></b>

Rusiya ilə müharibənin davam etdiyi Ukraynanın Xerson şəhərindən gələn 88 Axısqa (Mesxeti) türkü Türkiyənin Elazığ şəhərinə çatıb.

525.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi və Türkiyənin Moskvadakı səfirliyinin təşəbbüsü ilə Xersondan qovulmuş 84 Axısqa türkü və daha əvvəl Rusiyaya keçmiş 4 Axısqa türkündən ibarət karvan Gürcüstan üzərindən Türkiyəyə gətirilib.

Aşağı Dəmirtaş Müvəqqəti Yerləşdirmə Mərkəzinin qarşısında Axısqa türklərini Vali müavini Abdulkərəm Abbasoğlu və daha əvvəl yerləşdirmə mərkəzinə gətirilən digər Axısqa türkləri gül-çiçək və türk bayraqları ilə qarşılayıblar.

Həmin mərkəzdə qalan ailələri və yaxınları ilə bir araya gələn axısqalılar sevinc göz yaşlarını saxlaya bilməyiblər.

Fərid Sançar

 





20.11.2022    çap et  çap et