525.Az

İranda etirazlar davam edir - Daha bir ölüm hökmü


 

İranda etirazlar davam edir - <b style="color:red">Daha bir ölüm hökmü</b>

İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlarla bağlı mühakimə aparıldığı İnqilab Məhkəməsi daha bir nəfəri edam cəzasına məhkum edib. 

525.az xəbər verir ki, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, paytaxt Tehranın Səttar Xan küçəsində baş verən hadisələrdə iştirak etdiyi iddia edilən şəxsə ölüm hökmü çıxarılıb. 

Qeyd edilib ki, adı açıqlanmayan məhbus “Odlu silah gəzdirmək, yolu bağlamaq, nəqliyyat vasitələrini saxlamaq, təhlükəsizliyi pozmaq, milis qüvvələri ilə toqquşma, polis əməkdaşına xəsarət yetirmək, qorxu və dəhşət salmaq” ittihamları ilə edam cəzasına məhkum edilib. Qərarın apellyasiya şikayətinin açıq olduğu bildirilib.

Qeyd edək ki, Tehran İnqilab Məhkəməsi əvvəlki günlərdə oxşar cinayətlərə görə daha 5 nümayişçini ölüm cəzasına məhkum etmişdi.

Malik Atilay

 





21.11.2022    çap et  çap et