525.Az

Nazirlik müəssisələri cərimələyib


 

Nazirlik müəssisələri cərimələyib<b style="color:red"></b> Səhiyyə Nazirliyi müəssisələri cərimələyib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu ilin may ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 69 müəssisənin sahibi inzibati qaydada cərimələnib. Bundan başqa, 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 9 iş istintaq orqanına verilib.
 
Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 299 yeyinti məhsulundan nümunə götürülüb, onlardan 8-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 298 nümunədən isə 2-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 72 nümunə yoxlanılıb.
 
May ayında şadlıq evlərindən 890 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.
 





24.06.2014    çap et  çap et