Çin Xalq Respublikasının Sədri Si Cinpin, Taylandı iki ölkə arasında ənənəvi dostluğu və hərtərəfli strateji əməkdaşlığı, habelə Hind-Çini regionunda nəqliyyat layihələri ilə əlaqəni inkişaf etdirməyə çağırıb.
525.az xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Taylandda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində Tayland Kralı Maha Vajiralonqkornun qəbulunda iştirak edib, ardınca Baş nazir Prayut Çan-o-ça ilə təkbətək və nümayəndə heyətləri arasında görüş keçirilib. Si, Prayut ilə görüşündə Çin və Taylandın hərtərəfli strateji əməkdaşlığa başladığı 10 il ərzində iki ölkə arasında ənənəvi dostluğun yeni səviyyəyə çatdığını və bu əlaqələrin sabitliyi, firavanlığı və davamlılığı məqsədi ilə, ortaq gələcəyi paylaşan Çin-Tay icması yaratmaqda davam etmək istədiyini bildirib.
Si həmçinin Çin, Tayland və Laos arasında Hind-Çini regionunda fiziki əlaqənin yaxşılaşdırılması və nəqliyyat və infrastruktur layihələri ilə əməkdaşlığın sürətləndirilməsinin vacibliyini də vurğulayıb.

Məhəmməd Tağıyev
çap et