525.Az

Sarı jiletlilər 4 il sonra yenə küçələrə çıxdılar


 

Sarı jiletlilər 4 il sonra yenə küçələrə çıxdılar<b style="color:red"></b>

Fransanın paytaxtı Parisdə sarı jiletlilərin etirazlarının dördüncü ilində fəallar yenidən küçələrə çıxıb.

525.az xəbər verir ki, Fransada vətəndaşların təşəbbüsü ilə sosial ədalət, daha çox demokratiya və referendum təşkil edilməsini istəyən sarı jiletlilər etirazlarının 4-cü ilində Parisdə nümayiş keçirib. Yüzlərlə insanın iştirak etdiyi nümayişdə zaman-zaman polislə nümayişçilər arasında gərgin anlar yaşanıb. Borsa meydanında başlayan və Anne-Marie Carriere meydanında sona çatan nümayişin marşrutunda nümayişçilər bəzi zibil qutularını yandırıblar.

Fransada 4 ildir sarı jiletlilərin nümayişlərinə qatılan təqaüdçü Josiane ölkədəki haqsızlığa diqqət çəkib. "Biz artıq Fransada yaşaya bilmirik, soyuducumuz boşdur və indiki inflyasiya ilə tezliklə yanacaq doldura bilməyəcəksiniz, bu, fəlakətli olacaq", - deyən Josiane ölkədəki xəstəxanaların və sosial xidmətlərin pis vəziyyətdə olduğunu da açıqlayıb.

Sarı jiletli Şarlotta Fransada bərabərsizliklərin görünməmiş sürətlə artdığını bildirib.

Qeyd edək ki, sarı jiletlilər hərəkatı 17 noyabr 2018-ci ildə prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətinə etiraz olaraq başlamışdı.

Məhəmməd Tağıyev

 





21.11.2022    çap et  çap et