525.Az

Simpsonlar Trampın 2024-cü il prezidentliyə namizədliyini proqnozlaşdırdığını iddia edib


 

Simpsonlar Trampın 2024-cü il prezidentliyə namizədliyini proqnozlaşdırdığını iddia edib<b style="color:red"></b>

"The Simpsons" filminin prodüseri elan edib ki, serial Donald Trampın 2024-cü ildə prezidentliyə namizədliyini proqnozlaşdırıb. 

525.az xəbər verir ki, 2017-2021-ci illərdə ABŞ Prezidenti olmuş Tramp 2020-ci il seçkilərində Co Baydenə uduzmasına baxmayaraq, yeni kampaniyasına noyabrın 15-də başlayıb. 

"Amerikanı yenidən böyük və şanlı etmək üçün mən bu axşam Birləşmiş Ştatların prezidentliyinə namizədliyimi elan edirəm", - keçmiş prezident deyib. Trampın açıqlamasından sonra "The Simpsons"ın prodüseri Al Jean pərəstişkarlarına xatırladıb ki, komediya serialı hansısa yolla hadisələrin gedişatını proqnozlaşdırıb. Jean "Twitter"də 2015-ci ildə "YouTube"da yayımlanan "Trumpstatic Journey" adlı hissədən kadr paylaşıb.

Malik Atilay

 





21.11.2022    çap et  çap et