525.Az

Ədalət Muradov: “UNEC də laboratoriyaların işinin təkmilləşdirilməsin vacib məsələlərdəndir”


 

Ədalət Muradov: “UNEC də  laboratoriyaların işinin təkmilləşdirilməsin vacib məsələlərdəndir” <b style="color:red"></b>

“Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) cari tədris ilində etdiyimiz yeniliklərdən biri son 2 ildə yaratdığımız 100 Hibrid auditoriyalarda hibrid dərslərin tətbiqidir. Hibrid dərslərin təşkili və keyfiyyəti məsələlərinə baxdıq və zəruri qərarları verdik. Nəticələrdən məmnun qaldıq”. 

Bu fikirləri 525.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (UNEC) professor Ədalət Muradov deyib. Rektor bildirib ki, hibrid dərslərə qoşulan tələbələrin davamiyyəti və aralıq imtahanlarında keyfiyyət göstəriciləri sevindiricidir.
Ədalət Muradovun sözlərinə görə, dünya səviyyəli universitetlər sırasında yer almağı hədəfləyən UNEC laboratoriyaların işinin səmərəli təşkili və idarə olunmasına xüsusi önəm verir. UNEC də  laboratoriyaların işinin təkmilləşdirilməsin vacib məsələlərdəndir: 

“Virtual laboratoriyalardan səmərəli istifadə zəruridir. Bu istiqamətdə UNEC-də məqsədyönlü tədbirlər həyata keçirilir”. 

Sevinc Qarayeva 
 

 

 





21.11.2022    çap et  çap et