525.Az

İŞİD haralara nəzarət edir?


 

İŞİD haralara nəzarət edir?<b style="color:red"></b> Suriya və İraqda ard-arda strateji şəhərləri ələ keçirən İŞİD terror təşkilatı Yaxın Şərq regionunda neft və böyük su hövzələrini nəzarət altında saxlayır.

Lent.az-ın xəbərinə görə, “Al Jazeera Türk” İŞİD-in nəzarət etdiyi ərazilərin xəritəsini təqdim edib.
 
İŞİD Suriyanın və İraqın neftlə zəngin Rakka, Deyr Əz-Zor və müvafiq olaraq Mosul, Tikrit və Beyci şəhərlərini işğal edib. Terror təşkilatı eyni zamanda Yaxın Şərqin ən böyük su hövzələri - Dəclə və Fərat çaylarına da nəzarət edir.
 
İŞİD Suriya, İordaniya, Səudiyyə Ərəbistanı, İran və Türkiyə sərhədindəki bəzi bölgələri ələ keçirərək bu ölkələrlə “həmsərhəd” olub.
 
Təşkilat Türkiyə sərhədindən başlayan, Dəclə və Fərat çaylarının sərhədindəki Mesopotamiyanın da daxil olduğu, İordaniya və Səudiyyə Ərəbistan sərhədinə qədər olan sünni bölgəyə nəzarət edir.
 
İŞİD Suriyanın ən böyük şəhəri Hələbin şimalından etibarən, İraqın paytaxtı Bağdada 40 kilometr yaxınlığına qədər olan sünni bölgələrdə isə irəliləməkdə davam edir.
 
İŞİD Suriya və İraq arasındakı sərhədi də demək olar ki, aradan qaldırıb.
 





24.06.2014    çap et  çap et