15-ci ümumi seçkilərdən sonra Malayziya kralı Sultan Abdullah Şah, siyasi ittifaqların hökumət qurmaq üçün digər partiyalara etdikləri əməkdaşlıq təkliflərini elan edənə qədər, bu müddəti uzatmağa qərar verib.
525.az xəbər verir ki, Kral Sarayının rəsmilərindən Əhməd Fadil Şəmsuddin verdiyi açıqlamada, bu gün Saraya çatan partiya və koalisiya liderlərinin tələbi ilə verilən müddətin sabah saat 14:00-a qədər uzadıldığını bildirib. Sözügedən dövrdə ölkə rəhbərliyinin müvəqqəti hökumət üçün müəyyən edilmiş prinsiplər istiqamətində davam etdiyini bildirən Əhməd Fadil: "Aqonq (Malayziya kralı - red.) xalqı yeni hökumətin qurulması və yeni hökumətin təyin edilməsi üçün dua etməyə çağırır. Baş nazir ölkənin maraqları naminə rəvan getsin", - deyib.
Dünən Kral Sarayından verilən açıqlamada siyasi partiya və ittifaqlardan bu gün saat 14:00-a qədər koalisiya hökuməti üçün kifayət qədər millət vəkili və baş nazir namizədini Krala təqdim etmələri istənilib.
Məhəmməd Tağıyev
çap et