525.Az

Şimali Koreyadan Quterreşə sərt sözlər


 

Şimali Koreyadan Quterreşə sərt sözlər<b style="color:red"></b>

Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşi qərəzli olmaqda ittiham edib. Son Hui Quterreşi “ABŞ-ın kuklası” adlandırıb.

525.az xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Choe Son Hui verdiyi yazılı açıqlamada Pxenyanın ötən cümə günü həyata keçirdiyi qitələrarası ballistik raket sınağına toxunaraq, raket sınaqlarının özünümüdafiə məqsədilə olduğu fikrini müdafiə edib. 

Quterreşin “Şimali Koreyanın ABŞ-ın ağır hərbi təhdidinə qarşı qanuni və ədalətli müdafiə hüququndan istifadə etməsini bir daha təxribat kimi qiymətləndirdiyini” xatırladan Ço, BMT baş katibini Ağ Evin əməkdaşı kimi gördüyünü qeyd edib.

BMT-nin qərəzsiz olmadığını iddia edən Ço, Quterreşin BMT-nin məqsəd və prinsiplərini və bütün məsələlərdə qərəzsizliyi, obyektivliyi və bərabərliyi qorumaq vəzifəsini bilməməsindən təəssüfləndiyini bildirib. 

“Bu, onun ABŞ-ın kuklası olduğunu açıq şəkildə sübut edir”, - deyə Şimali Koreya xarici işlər naziri bildirib.

Fərid Sançar

 





21.11.2022    çap et  çap et