525.Az

Polşadan "Enerji təhlükəsizliyi üçün kömür" mesajı


 

Polşadan "Enerji təhlükəsizliyi üçün kömür" mesajı<b style="color:red"></b>

Polşa Baş nazirinin müavini Jacek Sasin ölkənin enerji təhlükəsizliyi üçün lazımi addımların atıldığını bildirərək: "Enerji təhlükəsizliyinin təməli əsas olduğu müddətcə biz uzun illər kömür çıxarmağa davam edəcəyik", - deyib.

525.az xəbər verir ki, Polşa Radiosuna danışan Sasin Polşanın sərmayə yatırmaq üçün təhlükəsiz ölkə olduğunu bildirib. Cənubi Koreya və ABŞ ilə AES müqavilələrinə də toxunan Sasin bu müqavilələrin Polşanın etibarlı ölkə olduğuna nümunə olduğunu vurğulayıb. Rusiya-Ukrayna müharibəsi səbəbiylə enerji böhranı yaşandığına diqqət çəkən Sasin: "Enerji böhranı dövrü o deməkdir ki, dövlət bazar mexanizmlərinə müdaxilə etməlidir. Əks halda, ayrı-ayrı istehlakçılar və müəssisələr üçün enerjinin qiyməti o qədər yüksək olur ki, onu əldə etmək mümkün olmur. Ona görə də biz lazımi tədbirlər görmüşük", - deyib.

Sasin, kömürün ehtiyac duyulan yerdə mövcud olmasını təmin etmək üçün addımlar atdıqlarını vurğulayaraq: "Müharibə başlayandan dərhal sonra biz dövlət şirkətləri vasitəsilə kömür idxalını artırmağa başladıq. Kömür enerji təhlükəsizliyinin əsasını təşkil etdiyi müddətcə biz uzun illər kömür çıxarmağa davam edəcəyik. Yerli hökumətlər də ölkədə kömür paylanması prosesinə öz töhfələrini verirlər. Lazımi addımlar atılır", - ifadələrini işlədib. Rusiyadan təbii qaz alışını tamamilə dayandıran Polşanın enerji səbətində kömür mühüm yer tutur.

Qeyd edək ki, iqlim hədəflərinə uyğun addımlar atmamaqda günahlandırılan Polşa rəsmiləri, emissiyaların böhran zamanı təxirə salınmalı olduğunu və hədəflərə sadiq olduqlarını iddia edirlər.

Məhəmməd Tağıyev

 





21.11.2022    çap et  çap et