525.Az

Müsavatın qurultayı yenidən təxirə salındı


 

Müsavatın qurultayı yenidən təxirə salındı<b style="color:red"></b>

Müsavat Partiyasının iyunun 28-də keçirilməsi nəzərdə tutulan qurultayı təxirə salınıb.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında deyib ki, artıq partiyanın qurultayı iyunun 28-də keçirilə bilməz.
 
G.Aslanlı bildirib ki, Müsavat Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar partiya Məclisinin iyunun 28-də keçirilən toplantısında qəbul ediləcək. O, Müsavat Partiyasının qurultayının payıza təxirə salınmasını da istisna etməyib.

 





24.06.2014    çap et  çap et