525.Az

Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun professoru BDU-da ustad dərsi keçib


 

Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun professoru BDU-da ustad dərsi keçib<b style="color:red"></b>

Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun professoru Zeba Qabilova Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Elektron informasiya resurslarının yaradılması və idarə edilməsi” mövzusunda ustad dərsi keçib.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

Ustad dərsində informasiya resursları, informasiya sistemləri, informasiya məkanı, informasiya istifadəçiləri və digər bu kimi anlayışlar izah edilib, elektron informasiya resurslarının müxtəlif seqmentləri barədə məlumat verilib. Elektron resursların informasiya məkanında aparıcı vasitəyə çevrildiyi, müasir dövrdə informasiya tələbatının ödənilməsində mühüm rola malik olduğu qeyd edilib. Elektron resursların dünya informasiya məkanına inteqrasiyada mühüm əhəmiyyət daşıdığını vurğulayan Z.Qabilova burada təqdim olunan məlumatların uzunmüddətli və yüksək etibarlılıqla saxlanılmasının, elektron platformalarda peşəkar axtarış sistemlərinin yaradılmasının, annotasiya, çıxarış və açar sözlərin verilməsinin, həmçinin multimedia komponentlərinin yer almasının vacibliyini vurğulayıb. Elektron kitab, elektron kitabxana, elektron kataloq, elektron kitab ticarəti kimi anlayışları şərh edən professor müasir dünyada informasiyanın məzmunu ilə yanaşı, onun təqdim olunma formasının vacibliyini də diqqətə çatdırıb. Elektron informasiya resurslarının məşhurlaşmasında sosial medianın rolunu xüsusi qeyd edib. Ustad dərsində bütün bu proseslərin uğurla həyata keçirilməsinin hər bir ölkədə informasiya-kommunikasiya infrastrukturunun davamlı inkişafı, bu sahə üzrə peşəkar kadr hazırlığı ilə bilavasitə bağlı olduğu bildirilib.

Dərs zamanı professor Z.Qabilovanın rəhbərliyi ilə Kokand Dövlət Pedaqoji İnstitutunun əməkdaşları tərəfindən Kokand ədəbi mühitinə dair hazırlanmış elektron platforma təqdim edilib.

Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sevinc Qarayeva 

 





21.11.2022    çap et  çap et