525.Az

AİD 6 il sonra yenidən səhnəyə çıxıb


 

AİD 6 il sonra yenidən səhnəyə çıxıb <b style="color:red"></b>

Bir vaxtların məşhur rep qrupu "HOST"un AİD səhnə adı ilə tanınan sənətçisi Orxan Zeynallı 6 il aradan sonra səhnəyə çıxıb. 

525.az xəbər verir ki, "40-cı paralel" solo konsertinin ikinci günü üçün də biletlərin hamısı satılıb.  

Sənətçini  bir çox mahnısında dinləyiciləri də müşaiyət edib. Gənclərin bəziləri, hətta konsertin hər iki gününə də bilet alıblar. 

Orxan Zeynallı jurnalistlərlə görüş zamanı 525.az müxbirinin "Hazırda ayrı-ayrı konsertləri reallaşan HOST qrupunun üzvlərinin birliktə konserti gözlənilirmi?" sualına: "HOST qrupu 10 il öncə fəaliyyətini dayandırıb. Azərbaycanda olan üzvlər konsertdə iştirak edəcək, amma təəssüf ki, çoxu hazırda ölkədə deyil. Birlikdə konsert planı yoxdur", - deyə cavab verib. 

Qeyd edək ki, sənətçi yenidən solo konsertinin vaxtı üçün sevənlərini 6 il gözlətməyəcəyini da qeyd edib.

Firuzə Əliyeva

 





21.11.2022    çap et  çap et