525.Az

"Argentina mundialın kubokunu qazanmaq məcburiyyətində deyil"


 

"Argentina mundialın kubokunu qazanmaq məcburiyyətində deyil"<b style="color:red"></b>

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Səudiyyə Ərəbistanına qarşı oyun öncəsi fikirlərini bildirib.

525.az xəbər verir ki, o, komandasının mundialın kubokunu qazanmaq məcburiyyətində olmadığını bildirib: “Ərəb komandalarının zəif olduğunu deyə bilmərəm. Ekvador Qətəri məğlub etdi. Onlar ən yaxşı komandalardan biri olan İngiltərə kimi əla formada idi.

Argentina dünya çemionatının kubokunu qazanmalıdır? Xeyr, biz kuboku qazanmaq məcburiyyətində deyilik. Yarışmağa, oynamağa gedirik. Ümid edirik ki, argentinalılar və hər kəs ilk növbədə futbol oynayan komandanı görməkdən xoşbəxt olacaq”.

Qeyd edək ki, sabah keçiriləcək Argentina - Səudiyyə Ərəbistanı görüşü Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 





21.11.2022    çap et  çap et