525.Az

"Tesla" 300 mindən çox avtomobili geri çağırır


 

"Tesla" 300 mindən çox avtomobili geri çağırır<b style="color:red"></b>

İlon Maskın elektrik avtomobil istehsalçısı "Tesla" arxa işığın potensial nasazlığına görə ABŞ-da təxminən 321 min avtomobili geri çağırır.

525.az xəbər verir ki, Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə (NHTSA) təqdim edilən sənədə görə, problem səbəbindən indiyədək heç bir qəza və ya xəsarət qeydə alınmayıb, lakin "Tesla" avtomobilin arxa işıqlarının işləməməsi ilə bağlı bir neçə müştəri şikayəti alıb. Şirkət problemi həll etmək üçün yeniləmə təqdim etmək qərarına gəlib. Geri çağırılma 2023 "Tesla Model 3" və 2020-2023 "Model Y" avtomobillərinə aid olacaq. Bu həftənin əvvəlində isə "Tesla" 30 minə yaxın "Model X" avtomobilini yanlış açıla bilən ön sərnişin yan hava yastığı ilə bağlı potensial problemə görə geri çağırıb. Bu, "Tesla" səhmlərinin cümə günü təxminən 3 faiz ucuzlaşaraq təxminən iki ilin ən aşağı səviyyəsinə çatmasına səbəb olub. Bundan əvvəl isə rəhbərlik, sükanın gücləndirici yardımının itirilməsi səbəbindən təxminən 40 min "Model S" və "Model X" avtomobilini geri çağırmışdı.

Qeyd edək ki, NHTSA məlumatlarına görə, "Tesla" 2022-ci ilə qədər təxminən 3,7 milyon avtomobilə təsir edən 19 geri çağırış elanı edib.

Məhəmməd Tağıyev

 





22.11.2022    çap et  çap et