525.Az

NASA Ayda həyat üçün tarix təyin edib


 

NASA Ayda həyat üçün tarix təyin edib<b style="color:red"></b>

NASA, insanları bir dəfə daha Aya aparmağı planlaşdırdığı Artemis missiyasında mühüm bir hədəfin qoyulduğunu açıqlayıb. Kosmik agentlik, insanların 2020-ci illərdə təkcə Aya getmələrini deyil, həm də orada yaşamalarını istəyir.

525.az xəbər verir ki, noyabrın 16-da "Orion" kosmik gəmisini daşıyan raketin buraxılması ilə Artemis missiyasının ilk addımı atılmışdı. "Orion" şirkətinin rəhbəri Hovard Hu Kosmik Başlatma Sisteminin (SLS) raket buraxılışını izləməyin inanılmaz hiss olduğunu bildirərək: "Bu, təkcə ABŞ üçün deyil, həm də dünya üçün belədir. Bu, uzunmüddətli dərin kosmosun tədqiqi istiqamətində atdığımız ilk addımdır", - deyib.

İlk addımın uğurlu olacağı təqdirdə Aya astronavt göndərəcəklərini deyən Hu 2030-cu ilə qədər Ayda yaşamağı planlaşdırdıqlarını bildirib.

Məhəmməd Tağıyev

 





22.11.2022    çap et  çap et