525.Az

Qlobal ərzaq bazarındakı balanssızlıqda Qərb ölkələri günahkardır - Putin


 

Qlobal ərzaq bazarındakı balanssızlıqda Qərb ölkələri günahkardır - <b style="color:red">Putin</b>

Rusiya Prezidenti Vladimir Putin qida problemi olan ölkələrə yardım etməyə davam edəcəklərini bildirib. 

525.az xəbər verir ki, Putin videokonfrans vasitəsilə Rusiyanın kənd təsərrüfatı sektoru ilə bağlı rəsmilərlə görüş keçirib. Rusiyanın qida təhlükəsizliyində mühüm yeri olan məhsulları tədarük edə biləcəyini açıqlayan Putin: "Taxıl, şəkər, bitki yağı, balıq məhsulları və bir çox başqa məhsulları təmin edə bilərik. Daxili bazardan əlavə 110 ölkəyə ət ixrac edirik", - deyib. 

Qlobal bazarda yaşanan ərzaq böhranında Qərb ölkələrini günahlandıran Putin: "Bəzi qərb ölkələrinin avantürist və qeyri-peşəkar siyasətləri nəticəsində yaranan balanssızlıqlar səbəbindən ərzaq çatışmazlığı yaşayan ölkələrə kömək edirik və kömək etməyə davam edəcəyik", - deyə bildirib. 

Rusiya Prezidenti sanksiyaların təzyiqi və qlobal qida problemi səbəbiylə Rusiyanın ərzaq istehsalının daha da əhəmiyyətli hala gəldiyinə diqqət çəkib. “Biz bilirik ki, sanksiyalardan əvvəl də bəzi dövlətlər və qlobal şirkətlər aqressiv şəkildə bazarları fəth etməyə və rəqiblərini məhdudlaşdırmağa çalışırdılar”, Vladimir Putin qeyd edib.

Malik Atilay

 





22.11.2022    çap et  çap et